"Zəfər günü" ilə əlaqədar " Qarabağın təbiəti" mövzusunda tədbir keçirilib

04.11.2022- ci il tarixdə məktəbin biologiya müəllimi Məmmədova Xəyalə "Zəfər günü" ilə əlaqədar " Qarabağın təbiəti" mövzusunda tədbir keçirtdi.
Biologiya müəllimi Qarabağda olan xüsusi müalicəvi bitkilərdən,qırmızı kitaba düşmüş Xarı bülbüldən,Qarabağ atlarından bəhs etdi. O qeyd etdi ki,Qarabağ ərazisi özünün flora və fauna müxtəlifliyinə görə respublikamızın zəngin ərazilərindəndir.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Respublikası tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsi həmin ərazilərdə flora və faunanın bir çox növlərinin məhvinə səbəb olmuşdur.
Zəngin floraya malik olan Qarabağ ərazisində 2000-dən çox bitki növünə – meşə gilası, dağdağan, xarıbülbül, palıd, şabalıd, şümşad, armud, şərq fıstığı, vələs, ağcaqayın, ayı fındığı, qoz, şərq çinarı və s. rast gəlinir.
Şagirdlər mövzu ilə bağlı bir neçə video filmlər izlədilər.