"Zəfər günü"nə həsr olunmuş rəsm müsabiqəsi keçirildi

03.11.2022- ci il tarixdə "8 noyabr- Zəfər günü" ilə əlaqədar rəsm müsabiqəsi keçirilib.
Şagirdlər öz əl işlərində " Zəfərə gedən yol","Qarabağa qayıdış" mövzularına toxunaraq,44 gün davam edən müharibəni rəsmlərində təsvir etdilər. Onlar öz əsərlərində,İgid və cəsur döyüşkən əsgərləri,Şuşa qalasını və "Zəfər günü" bayramı ilə əlaqədar rəsmlər nümaiş etdirdilər.
Məktəbin bütün sinifləri Zəfər bayramına həsr edilmiş stend və divar qəzetləri hazırladılar.