Məktəbdə "Qarabağa qayıdış" mövzusunda seminar keçirilib

Məktəbin tarix müəllimi Mehralıyev Məhəmməd 03.11.2022- ci il tarixdə "Qarabağa qayıdış" mövzusunda seminar keçirdib.
Seminarda tarix müəllimi şagirdlərə Qarabağın tarixindən,təbii sərvətlərindən və doğulduğu Kəlbəcər rayonundan geniş məlumat verdi.O Kəlbəcərdə işğaldan azad olunandan sonra yolların çəkilməsindən,quruculuq işlərindən qeyd etdi.
Şagirdlər Kəlbəcər haqqında bir neçə video filmlər izlədilər.tədbirin sonunda məktəbin hərbi rəhbəri Əzimov Zahid Qarabağda döyüşən əsgərlərdən,44 günlük müharibədən qeyd etdi. O qeyd etdi ki, Azərbaycan xalqı bu günlərdə öz tarixinin ən parlaq səhifələrini yaşamaqdadır. Özünü beynəlxalq aləmdə təsdiq edən, nələrə qadir olduğunu göstərən bu xalq bir daha nümayiş etdirdi ki, onun sarsılmaz birliyi, dəmir yumruğu istənilən azğın düşmənin öhdəsindən qısa müddətdə gəlməyə qadirdir.