"8 noyabr- Zəfər günü" ilə əlaqədar siniflərdə təşkilat saatları keçirildi

01.11.2022- ci il tarixdə məktəbdə "8 noyabr- Zəfər günü" ilə əlaqədar siniflərdə təşkilat saatları keçirildi.
Sinif rəhbərləri şagirdlərə mövzu ilə əlaqədar məlumatlar verdi.Onlar Zəfərə gedən yol,Qarabağın təbiəti,Şuşanın qələbəsi haqqında mövzularda söhbət açdılar.
Sinif rəhbərləri qeyd etdilər ki,44 günlük müharibə dövründə qüdrətli Azərbaycan Ordusu cəbhədə tarix yazdı.
Bu gün bizim bayrağımız illərlə düşmən vandalizminin qurbanına çevrilmiş, indi isə qəhrəman Azərbaycan oğullarının öz canları bahasına azad etdiyi, düşməndən təmizlədiyi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa səmalarında dalğalanır.