"Multikulturalizim sözdə və əməldə " mövzusunda tədbir keçirildi

15.11.2016-cı il tarixdə məktəbdə Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş “Azərbaycan beynəlxalq tolerantlıq və multikulturalızm nümunəsi” mövzusunda “Dəyirmi masa” keçirilmişdir. Hər bir sinif bir xalqın milli mədəniyyəti, adət- ənənələri, tarixi abidələri, millli geyimləri və milli mətbəxi haqqında məlumat verdi. Həmin xalqların milli himni səsləndi, hazırladıqları video slaydları nümayiş etdirdilər və milli mətbəxindən bir yemək sərgilədilər. Şagirdlər xalqların bayraqlarını, gerbini, milli geyimini, tarixi abidələrini, milli mətbəxini əks etdirən stend hazırlamışdı.