Məktəbdə “17 noyabr- Milli Dirçəliş günüdür” adlı tədbir keçirilmişdir

14.11.2016-ci il tarixində təşkilatçı müavin, UBR və tarix müəllimləri VI-XI siniflərlə “17 noyabr- Milli Dirçəliş günüdür” adlı tədbir keçirilmişdir. Tədbirdə şagirdləri 17 noyabr hadisələrini video çarx vasitəsilə məlumatlandırmışlar. Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Mehralıyev Məhəmməd 17 noyabr hadisələri haqqında şagirdlərə ətraflı məlumat verdi. Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Solmaz özünün də iştirakçısı olduğu bu hadisələr haqqında şagirdlərə danışdı.