"18 oktyabr- Müstəqilliyin bərpasi günü" ilə bağlı tədbir keçirildi

   18.10.2022- ci il tarixdə "18 oktyabr- Müstəqilliyin bərpasi günü" ilə bağlı məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir 7- ci siniflərlə tədbir keçirtdi.Tədbirdə şagirdlər Azərbaycanın müstəqilliyi haqqında çıxışlar edib şeirlər söylədilər.Tarix müəllimi mövzu ilə əlaqədar şagirdlərə geniş məlumat verdi.O qeyd etdi ki,

Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü - Azərbaycan tarixinin  ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.

    XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin  işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

    Məktəbin 1-11 ci sinifləri Müstəqilliyin bərpası ilə əlaqədar divar qəzetləri hazırladılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi