"5 oktyabr- Beynəlxalq Müəllimlər Günü" nə həsr olunmuş "dəyirmi masa" keçirildi

05.10.2022- ci il tarixdə məktəbdə "5 oktyabr- Beynəlxalq Müəllimlər Günü" nə həsr olunmuş "dəyirmi masa" keçirildi. Məktəbin 9-10- cu sinif şagirdləri çıxış edərək bu neçə illərdə onlara bilik verən müəllimlərinə təbrik söyləyərək,minnətdarlıq bildirdilər. Onlar qeyd etdi ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.
Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.Sonra məktəbin direktoru təhsildə uğur qazanan fəal müəllimlərdən birini fəxri diplomla təltif etdi.