"27 sentyabr Anım Günü ilə bağlı təntənəli xətt keçirildi

Məktəbdə "27 sentyabr Anım Günü ilə bağlı təntənəli xətt keçirildi.Tədbir himnlə başlandı və 2- ci Qarabağ müharibəsində həlak olmuş şəhidlər 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirə çıxış üçün yuxarı sinif şagirdləri başladı.Onlar vətən uğrunda canlarından keçmiş şəhidlər haqqında məqalələr oxudular. Çıxışçılar qeyd etdi ki, Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.
Tədbirin sonunda məktəbin direktoru çıxış edərək bildirdi ki,onlar heç bir zaman xalqın yaddaşından unudulmayacaq.