İlk dərslər "27 sentyabr Anım Günü" nə həsr olundu

   27.09.2022- ci il tarixdə məktəbdə ilk dərslər "27 sentyabr Anım Günü" nə həsr olundu.

   Məktəbin ibtidai sinif müəllimləri şagirdlərə 27 sentyabr 2020- ci il tarixində 2- ci Qarabağ müharibəsi nəticəsində vətən uğrunda şəhid olanlar haqqında geniş məlumat verdilər. Onlar qeyd etdi ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

   Şagirdlər şəhidlər haqqında şeirlər söyləyib, şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi