8- ci sinif şagirdləri Zirə peşə məktəbində oldular

   Peşə seçimi hər bir insanın həyatında verdiyi vacib qərarlardan biridir. “Mən bu peşəni seçirəm” deməklə əslində o, öz gələcək həyatda tutduğu mövqeyini  müəyyənləşdirir. Çünki onun gələcəkdə həyatda tutacağı mövqe, karyerası və s. bu seçimlə bağlıdır. Məktəb illəri şagirdlərin peşə seçimi üçün vacib dövr hesab edilir. Onlar bu dövrdə seçdikləri peşə haqqında qərar verirlər.

   Bu gün şagirdləri peşəyə hazırlamaq və iş həyatı ilə məktəb arasındakı əlaqələri sıxlaşdırmaq təhsilin qarşısında duran vəzifələrdən biridir.

   Bu səbəbdən  29.06.2022- ci il tarixdə məktəbin 8- ci sinif şagirdləri Zirə peşə məktəbində oldular.Onlar burda müxtəlif peşə sahələri ilə tanış oldular. 

   Peşənin sahiblər şagirdlərə peşələr haqqında geniş məlumatlar verdilər.

   Şagirdlər peşə məktəbində əl işlərindən ibarət sərgilənən əsərləri maraqla seyr etdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi