"Yay məktəbi"ndə dərs "Şuşa" mövzusuna həsr edildi

28.06.2022- ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Bədəlova Sahibə 4- cü siniflə birgə "Yay məktəbi"ndə dərsini "Şuşa" mövzusuna həsr etdi.Onlar Şuşa haqqında stend hazırladılar.
Stenddə Şuşadan bir neçə görüntüləri seçərək yapışdırıb sinifdə divardan asdılar.
Sinif müəllimi şagirdlərə Şuşa şəhəri haqqında geniş məlumat verdi. O qeyd etdi ki, Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi Şuşa şəhəri artıq erməni işğalından azad edildi.
Şagirdlər nə vaxtsa Şuşanı ziyarət etməyi səbirsizliklə arzuladılar.