Yaşıl layihə: "Təbiəti qoruyanlar" mövzusu ilə əlaqədar ekskursiyalar təşkil olundu

18 -27.05.2022- ci il tarixlərdə məktəbdə Yaşıl layihə: "Təbiəti qoruyanlar" mövzusu ilə əlaqədar ekskursiyalar təşkil olundu.
Layihənin məqsədi heyvanları sevmək,onlara qayğı göstərmək,təbiəti qorumaq,bitkilərə vaxtında qulluq etməkdir. Məktəbin ibtidai sinifləri və yuxarı sinif şagirdləri şəhərin gəzməli,görməli yerləri ilə tanış oldular.
Sinif müəllimləri şagirdləri Bakı Zooloji Parkı, əyləncəli parklar, bir neçə muzeylərlə tanış etdilər. Onlar şagirdlərin dünyagörüşlərini artırmaq məqsədilə təbiətə həssas yanaşmaq, bitkilərə və heyvanlara qulluq etmək ,təbiəti qorumaq və zibilləməmək haqqında geniş məlumatlar verdilər.Şagirdlər layihə ilə əlaqədar təbiət bitkiləri ilə tanış olub, müxtəlif yırtıcı və ev heyvanlarını seyr etdilər.
Ekskursiyalar şagirdləri məmnun etdi və onlar xatirə olaraq foto çəkillər çəkdirdilər.