Dərslər Ümummilli Lider Heydər Əliyevin 99- cu ildönümünə həsr olundu

   10.05.2022- ci il tarixdə məktəbdə ibtidai və yuxarı siniflərdə dərslər Ümummilli Lider Heydər Əliyevin 99- cu ildönümünə həsr olundu.

   Dərslərdə müəllimlər şagirdlərə Heydər əliyevin həyat və iş fəaliyyəti haqqında, Azərbaycan xalqına göstərdiyi xidmətlərdən bəhs etdilər. Onlar qeyd etdi ki, Ümummilli lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.Liderin Azərbaycan mədəniyyəti, tarixi qarşısında olan xidmətləri əvəzsizdir. Azərbaycan dilinin dövlət dili təyin edilməsi, Nəriman Nərimanovun heykəlinin Bakıda ucaldılması, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, eləcə də Yusif Məmmədəliyevin heykəlinin ucaldılması, adının əbədiləşdirilməsi və s. bilavasitə onun mütərəqqi xidmətlərinin nəticəsidir. Bu gün Ulu Öndərin siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Ulu Öndərin ən böyük arzusu olan işğal altında olan torpaqlarımız Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında artıq azaddır. Bu gün Müstəqil Azərbaycanımız dünya dövlətləri arasında başlıca, azad ölkə kimi tanınır.  

   Şagirdlər Ulu Öndərin həyat yolu haqqında videofilm izlədilər. Məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir şagirdlərlə diskussiya apardı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi