"Zəfər tarixi" adlı konfransın II mərhələsi keçirilib

28.04.2022- ci il tarixdə məktəbdə "Zəfər tarixi" adlı konfransın II mərhələsi keçirildi. Bu mərhələdə məktəb rəhbərliyi və tarix müəllimlərinin iştirakı ilə interaktiv konfrans təşkil edildi.
Konfransda ,"Zəfər tarixi" fənninin tədrisi,şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığı və s.istiqamətlərdə müzakirələr aparıldı,təkliflər hazırlandı.
Konfransın II mərhələsi I mərhələnin məntiqi davamı kimi eyni gündə təşkil edildi.Tədbirdə məktəb rəhbərliyi və tarix müəllimləri çıxış etdilər.
Tədbirin sonunda şagirdlər " Zəfər tarixi" ilə bağlı videofilm izlədilər.