"Zəfər tarixi" konfransları keçirildi

"Zəfər tarixi" konfranslarının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil idarəsinin 18.04.2022- ci il tarixli F-146 nömrəli əmrinə əsasən məktəbdə 28.04.22- ci il tarixdə konfransın I mərhələsi keçirildi.
Bu mərhələdə məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir və 9 sinif şagirdlərinin iştirakı ilə təhsilalanların
Zəfər tariximiz barədə məlumatlandırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması ,gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədlərinə xidmət edən interaktiv dərs hazırladı.
Şagirdlər 44 günlük Qarabağ uğrunda döyüşən məzunlarımızdan və mərdlik göstərən şəhidlər haqqında geniş məlumatlar verdilər.