Məktəbdə Müstəqillik gününə həsr edilmiş dəyirmi masa keçirildi

324 №li tam orta məktəbdə oktyabr ayı ingilis dili ayı elan olunub. Ona görə də, 18.10.2016-cı il tarixdə Müstəqillik gününə həsr edilmiş dəyirmi masa ingilis dilində təşkil olundu. Tədbir məktəbin ingilis dili müəllimləri tərəfindən təşkil olunmuşdu. Məktəbin VIII-X sinif şagirdləri ingilis dilində Azərbaycanda Müstəqillik gününün yaranma tarixindən danışdılar. İngilis dilində Müstəqillik gününə aid videoçarxlar, slaydlar nümayiş olundu. Siniflər tərəfindən hazırlanmış ingilis dili aylığı stendi və Müstəqillik gününə aid divar qəzetləri nümayiş olundu. Yekun olaraq söz məktəbin direktoruna verildi.