Fizika fənnindən açıq dərs keçirilib

Hüseynova Vüsalə Kamal qızının 10.05.2016 - cı il tarixdəki açıq dərsi "Rəqsi hərəkət. Mexaniki rəqslər" adlanır. Bu dərsdə mexaniki hərəkətin növü olan rəqsi hərəkətin xarakteristikaları,bu hərəkətə aid misallar aydınlaşdırıldı. Şagirdlər ipli rəqqas və yaylı rəqqasla təcrübə apararaq, rəqsi hərəkət zamanı fiziki kəmiyyətlərin necə dəyişdiyini aydınlaşdırdılar. Müəllim dərs prosesi zamanı şagirdləri müasir fiziki laboratoriya cihazı olan Labdisk və Dymo sensorla tanış etdi. Şagirdlər prometan lövhədə Dymo sensorla yaydan asılan yükün rəqsi hərəkətini əyani izlədilər. Alınmış qrafik şagirdlərlə birgə izah olundu. Verilən tapşırıqlar Veb aləti olan learning.aps-da hazırlanmışdı, şagirdlər bu tapşırığı onlayn yerinə yetirdilər. Dərs prometan lövhədə Activinspire proqramında , Web alətlərinin , prometan lövhənin imkanlarından istifadə edərək yığılmışdı.