"Heydər Əliyevin irsi bizə örnəkdir"

06.05.2016 - cı il tarixdə 324 №-li tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Heydər Əliyevin irsi bizə örnəkdir" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin direktoru Atayeva Gülarə, direktor müavinləri Mehralıyev Məhəmməd, Məmmədova Solmaz, tarix müəllimi Dünyamalıyeva Cəvahir və məktəbin VII-XI sinif şagirdləri iştirak edirdilər. Dəyirmi masada şagirdlər H.Əliyevin həyat fəaliyyəti haqqında geniş məruzələrlə çıxış etdilər. Heydər Əliyevin təhsillə, mədəniyyətlə, tariximizlə, ümumilikdə xalqına verdiyi bütün tövhələrlə bağlı məsələlərə həmin çıxışlarda yer verildi.