8 Mart - Qadınlar günü
07.03.2015-ci il tarixində Məktəbin Va və VIb sinif şagirdləri birgə olaraq məktəbin direktoru, müəllim və texniki heyətini 8Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etmişlər. Tədbirdə şagirdlər öz ürək sözlərini şeir, rəqs və müxtəlif maraqlı səhnəciklər vasitəsilə müəllimlərinə çatdırmışlar. Ən sonda məktəbin direktoru çıxış etmiş müəlimləri, texniki işçiləri, valideynləri və məktəbin qız şagirdlərini bu gün münasibətilə təbrik etmişdir.