Onlayn iclas keçirildi

02.05.2020-ci il tarixdə məktəbin direktoru və müavinlərin iştirakı ilə valideynlər iclası keçirildi. İclasın keçirilməsində məqsəd hal-hazırkı dönəmdə virtual məktəbin şagirdləri üçün nə qədər əhəmiyyətli olmasını valideynlərin diqqətinə çatdırmaq idi.
Məktəbin direktoru valideynlərə müraciət edərək şagirdlər üçün onlayn dərslərə cədvələ uyğun qoşulmasını təmin etmələrini və bu istiqamətdə müəllimlərə dəstək olmalarını xahiş etdi.
Valideynlər iclasda çıxış edərək bu çətin günlərdə şagirdlərə müxtəlif vasitələrlə dərs keçən fədakar müəllimlərə təşəkkür etdilər.Ümid edirik ki,növbəti həftədə dərsə qoşulan şagirdlərdə aktivlik hiss olunacaq.