"1 mart Umumdünya mülki müdafiə günüdür" mövzuda tədbir keçirildi

28.02.2020-ci il tarixdə məktəbin təlim tərbiyə işlər üzrə direktor müavini Mehralıyev Məhəmməd yuxarı sinif şagirdlərilə birgə "1 mart Umumdünya mülki müdafiə günüdür" mövzuda tədbir keçirtdi.O tədbirdə çıxış edərək qeyd etdi ki,"Ümumdünya Mülki Müdafiə Günü" 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür.
Tədbirdə şagirdlərlə fövqəladə yanğınlar zamanı,ilk yardımlar edlməsi haqqında diskussiya aparıldı.Tədbirin sonunda Tərbiyə işlər üzrə direktor müavini Məmmədova Solmaz şagirdlərə təhlükəli hallardda ehtiyatlı olmağı tövsiyə etdi.
Sonra müavinlər məktəbin həyətyanı sahəsində şagirdlərə yanğın söndürən balonlardan istifadə qaydaları haqqında praktik olaraq danışıb,göstərdilər.
İbtidai siniflərdə ilk dərslər "1 mart Umumdünya mülki müdafiə günüdür" mövzusunda keçirildi.