Siniflərdə dərslər Xocalı soyqırımına həsr olundu

   25.02.2020-ci il tarixdə məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir 9- cu sinifdə dərsini Xocalı Soyqırımına həsr etdi.O şagirdlərə mənfur düşmənlərin Xocalıda törətdikləri vəhşətlərdən danışdı.

   Tarix müəllimi qeyd etdi ki,Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdu.

   Şagirdlər Xocalıda ermənilər tərəfindən qadın və uşaqların vəhşicəsinə qətlə yetirdikləri haqqında film izlədilər.Düşmənə nifrət dolu baxışlar şagirdlərin üzlərində əks olunurdu.

   Dərsin sonunda məktəbin direktor müavini Mehralıyev Məhəmməd Xocalı soyqırımı haqqıda şagirdlərə geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi