Qanlı yanar faciəsilə bağlı təntənəli xətt keçirildi

   20 yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı 17.01.2020-ci il tarixdə məktəbin foyesində 5-11 -ci siniflərlə təntənəli xətt keçirildi.

   Təntənəli xətdə şagirdlər Azərbaycan Dövlət Himnini oxuyub,sonra 20 yanvar faciəsi haqqında danışdılar.Onlar qanlı yanvar faciəsini əks etdirən şeirlər söylədilər.

   Sonra məktəbin Tərbiyə işləri üzrə direktor müavini Məmmədova Solmaz,riyaziyyat müəllimi Bağırov Cavanşir və fiziki tərbiyə müəllimi Abdullayev Nizami şahidi olduqları faciəni olduğu kimi təsvir etdilər.Onlar vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğunu qeyd etdilər.

   Məktəbin foyesində Qanlı yanvar faciəsilə bağlı rəsm sərgisi təşkil olundu.Şagirdlər öz rəsmlərini 20 yanvar 1990-ci ildə vətən uğrunda həlak olmuş şəhidlərə həsr etmişdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi