20 yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı "Dəyirmi masa" keçirildi

   16.01.2020-ci il tarixdə məktəbdə 8-10-cu sinif şagirdləri ilə birgə məktəbin ədəbiyyat müəllimi Hüseynova Sevinc 20 yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı "Dəyirmi masa" keçirtdi.

   Dəyirmi masada şagirdlər 20 yanvar faciəsi haqqında mühazirə oxudular.Onlar 1990-cı il 19-undan 20-sinə keçən gecə azadlıq uğrunda vətəni üçün canlarından keçən şəhidlərin qəhrəmanlıqlarından danışdılar.Sonra tədbir iştirakçıları 20 yanar şəhidləri haqqında bir neçə videofilm izlədilər.

   Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehralıyev Məhəmməd şagirdlərə faciə haqqında məlumatlar verib,onları vətənpərvər ruhda tərbiyələnməyə səslədi. O qeyd etdi ki, şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayır və yaşayacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi