Səhər gimnastikası

Elm və təhsil nazirinin 28.02.2025 ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4-10 mart tarixində 316 nömrəli tam orta məktəb idman həftəsi keçirildi.
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi məqsədi idman həftəsinin ilk günü 04.03.2025-ci il tarixində II-XI siniflər üzrə səhər gimnastikası təşkil edildi.