"Bir ömrün salnaməsi"

Mayın 5-də “Heydər Əliyev İli” ilə əlaqədar Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə "Bir ömrün salnaməsi" adlı tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnarə Hənifəyeva çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının həyatında qaranlıqdan işığa gedən yolun mayakıdır. Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyəridir. Milli-mənəvi dəyərləri qoruyub, saxlamaq və yeni nəsillərə ötürmək xalqın gələcək taleyində əvəzsiz rol oynamaq deməkdir. Ümummilli lider ən mümkünsüz anlarda və bütün təzyiqlərə rəğmən milli təfəkkürün formalaşmasına xidmət edib.

Daha sonra Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi G.Sahibli və UBTR A.Fərəcovanın birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə Yeni Azərbaycan Partiyası, Suraxanı Rayon İcra nümayədələri və şəhid anaları iştirak edirdi.

Tədbirin təşkilində əməyi keçən müəllimlərimizə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi