Ulu Öndər Heydər Əliyevin anadan olmasının100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası

    Aprelin 14-də Suraxanı rayon 316 nömrəli məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, şagirdlər arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla yerinə yetirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi