“Təbii fəlakətlər zamanı əhalinin mülki müdafiəsi”

Martın 1-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbində “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirildi. Məktəbin  Hərbi rəhbəri İ.Əliyev tədbiri açaraq, şagirdlərə Mülki müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara (FH) qarşı necə hazırlıqlı olmağın yolları haqqında ümumi məlumat verdi.

“Təbii fəlakətlər zamanı əhalinin mülki müdafiəsi” mövzusunda keçirilən tədbirdə şagirdlərə FH zamanı xilasetmə işlərinə aid olan, insanlara ilk yardım zamanı süni tənəffüsün verilməsi və ürəyin qapalı masajının qaydaları,qanaxma zamanı ilk yardım, sınıqlar zamanı ilk yardım qaydaları və müasir dövrdə istehsalatda, məişətdə müxtəlif növ kimyəvi maddələr və onların birləşmələrindən istifadənin artması, GTZM – dən mühafizə qaydaları barədə onlarla zədələnmə və zəhərlənmələr zamanı ilk yardım göstərilməsı qaydalarının geniş izahı verildi.

Tədbirin sonunda şagirdlərə insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən də təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumat verildi və onların sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi