Dahi şəxsiyyət-96

  10.05.2019-cu il tarixdə məktəbimizdə Ümummilli Lider  Heydər Əliyevin 96 illiyinə həsr olunmuş konfrans keçirildi. Konfrans akt zalında müəllimlərin və şagirdlərin iştirakı ilə baş tutdu. Konfransda Ulu Öndərimizin  keçdiyi həyat yolu şagirdlərə çatdırılmışdır. Xilaskarımız Heydər Əliyevin millətinə, dilinə nə qədər çox önəm verdiyi haqqındakı fikirləri səsləndirilmişdir. Dünya liderlərinin ulu öndərimiz haqqında söylədikləri möhtəşəm fikirlər hər kəsin diqqətinə çatdırılmışdır. Bütün bunlar haqqında eyni zamanda video roliklər də nümayiş etdirilmişdir. Məktəbimizin İngilis dili müəllimləri tərəfindən hazırlanan konfrans tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənilmişdir. Konfrans Ümummulli Liderimiz haqqında ifa olunmuş musiqi parçası ilə sona çatdırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi