" Yaşıl dünya naminə həmrəylik ili "

24.05.2024-cü il tarixində " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə məhəbbət ruhunda tərbiyə olunması, yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə məktəbyanı ərazidə bir çox ağac tingləri əkildi.  Ağacəkmə aksiyasının keçirilməsində məqsəd şagirdlərin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizə aparmaqdır. Məktəbin 2 B sinif müəllimi Ənsərova Pərvanə tərəfindən Həyat Bilgisi dərsində "Yaşıl dünyanı qoruyaq " adlı dərs keçirildi.  Dərsdə məqsəd şagirdlərin ekoloji dünya görüşü, təbiətə münasibəti, təbii sərvətlərin öyrənilməsi, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsi əsas götürülür. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi