Haqq aşığı

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənətinə yeni ruh gətirmişdir. Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermişdir. Aşıq Ələsgər yaradıcılığı gözəlliklə, müdrikliklə əhatələnmiş sehrli söz ümmanıdır. O, ustad sənətkar olmaqla yanaşı, öz yaradıcılığında Azərbaycan dilinin poetik imkanlarından, bədii ifadə vasitələrindən də istifadə etmişdir. Bu il Respublikamızda dahi söz ustadının 200 illik yubileyi qeyd olunur. Məktəbimizdə ustad sənətkarın yubileyinə həsr olunmuş “Haqq aşığı” adlı tədbir hazırlandı. Tədbirdə Aşıq Ələsgər yaradıcılığının incəliklərindən danışıldı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi