“Bir ölüb min dirilərik”

Torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Uğrunda şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. İgid oğullarımız bu qəhrəmanlığı keçən il 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdilər. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Məktəbimizin ibtidai sinif müəllimi Reyhan Qurbanova rəhbərlik etdiyi 1g sinfinin şagirdləri ilə birlikdə Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş “Bir ölüb min dirilərik” adlı tədbir hazırladı. Tədbirdə Gəncə hadisələri zamanı yaralanmış Bəxtiyar Heydərli valideyni ilə birlikdə, qəhrəman generalımız Polad Həşimovun qardaşı da qonaq qismində iştirak etdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi