Anım Günü

27sentyabr 2023 -cü il tarixində 311 nömrəli məktəbdə Anım gününü ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi,Şəhidlərin müqəddəs xatirələri bir dəqiqəlik sükutla yad edildi.Məktəbimizin direktoru Şəlalə Mütəllimova,tarix müəllimi Əfsanə Abbasova tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandanımızın xarici və daxili siyasətindəki uğurlarından,44gün ərzində Zəfər tarixinə adlarını öz qanları ilə yazan şəhidlərimizin ,qazilərimizin ,əsgərlərimizin igidliyindən,mübarizliyindən danışdı.Sonda şagirdlərimizin kompozisiyası nümayiş etdirildi. Məktəbimizin əbədiyaşar Şəhidi- Rəşad Mikayılzadənin xatirə lövhəsi önünə tər qərənfillər qoyuldu,əziz xatirəsi hörmətlə yad edildi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi