Kiçik Akademiya

"Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-prakti konfrans18.04.2021- ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda 100 - ə yaxın müəllim, şagird , gənclər iştirak edirdi.

Ətraflı

Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans03.04.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Ardınca YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini, Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev giriş sözü ilə konfransı davam etdirdi. Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y adına 112 nömrəli tam orta məktəb Tİ üzrə direktor müavini, ibtidai sinif müəllimi İlahə Abdullazadə "Aprel döyüşləri Zəfər Tariximizin toxumaları" adlı məqaləsi ilə çıxış etdi. 107 nömrəli tam orta məktəbin direktoru Məhərrəmova Jalə "Aprel döyüşlərinin Zəfər Tarixinə inteqrasiyası" adlı məqaləsi ilə çıxış etdi. Daha sonra 72 nömrəli tam orta məktəbin 10 "A" sinif şagirdi Bəhramov Emil hazırladığı videoçarxı konfrans iştirakçılarına təqdim etdi. Konfransda 100 - ə yaxın məktəb rəhbərliyi, KA rəhbərləri, müəllimlər, gənclər, şagirdlər iştirak etmişdir.

Ətraflı

Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbərliyi ilə Regional iclası30.03.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbərliyi ilə Regional iclas baş tutdu. İclasda 44 məktəbdən direktorlar, direktor müavinləri, KA rəhbərləri iştirak edirdi. Sabunçu Regional"Kiçik Akademiya"sının rəhbəri Sərxan Şahverdiyev çıxış edərək Aprel-İyun ayları ərzində görüləcək işlər barədə aşağıda göstərilən formada qeyd etmişdir : 1. "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans; 2. "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı STEAM müsabiqəsi; 3. "Nizami Gəncəvi İli" ilə bağlı təqdimat müsabiqəsi; 4. "Nizami Gəncəvi İli" ilə bağlı intellektual müsabiqə; 5. "Nizami Gəncəvi İli" ilə bağlı elmi-praktiki konfrans; 6. "Nizami Gəncəvi İli" ilə bağlı əsərlərin STEAM layihəsində inteqrasiyası; 7. "Zəfər Tariximiz və milli ruh" adlı elmi-praktiki konfrans; 8. "Kiçik Akademiya" prezidentləri, vitse-prezidentləri, bölmə rəhbərləri, kafedra müdirləri üçün təlimlər. İclasında sonunda suallara cavablar verildi.

Ətraflı

1Cİ SİNİF ŞAGİRDİMİZ ŞƏRİFOVA GÜLNAZMəktəbimizin növbəti uğuru,1ci sinif şagirdimiz Şərifova Gülnaz Gürcüstanda keçirilən gimnastika yarışında ilk mənfur düşmənimizi,sonra digər rəqiblərini udaraq birincilik əldə edib,AFFƏRİİİİİN,GÜLLÜZAR !!

Ətraflı

"Abad məhəllə" futbol yarışması"Abad məhəllə" futbol yarışmasında məktəbimizin komandası Sabunçu rayonu üzrə birinci yer tutaraq ,şəhər mərhələsinə vəsi qə qazandı.Şəhər mərhələsində final yarışının 2ci yerin qalıbı oldular.Şaməddin müəllim və istəklilərim olan komanda üzvləri sizləri bu qələbəylə təbrik edib,minnətdarlığımı bildirirəm.

Ətraflı

“Gender zorakılığı-cəmiyyətimizin faciəsi”Sabunçu qəsəbəsində “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirildi 28.10.2019-cu il tarixdə Sabunçu qəsəbəsi 311 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Sabunçu qəsəbəsinin tam orta məktəblərinin direktorları, müəllimlər, məktəblilər və valideynlər iştirak edirdilər. Tədbirdə məktəblilər gender əsaslı zorakılıq mövzusu ətrafında hazırladıqları videoçarx və səhnəcikləri nümayiş etdirdilər. Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova bildirdi ki, insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində gender əsaslı zorakılıq aktual məsələlərdən biridir. Gender zorakılığı nə coğrafi sərhəd, nə yaş həddi tanıyır və heç bir dini və ya etnik qrup bu problemdən sığortalanmayıb. R.Fərəcova qeyd etdi ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin prioritetlərindəndir. R.Fərəcova vurğuladı ki, ölkədə məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, məişət zorakılığı qurbanlarının hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsi istiqamətində görülən işlər bir çox dünya ölkələrinə nümunə olacaq səviyyədədir. Lakin gənc nəsil arasında gender bərabərliyi təfəkkürünün zəif olması günümüzün reallığıdır. Bu isə öz növbəsində cəmiyyətimizin inkişafına mane olur. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun təşəbbüsü ilə gənc nəslin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı təşkil olunan “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihə müvafiq qurumlar tərəfindən də müsbət qarşılanmışdır. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı dövlətimizdə gender bərabərliyinin təmini uğrunda həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı uğrunda hərəkatın genişlənməsi və gender probleminin həlli istiqamətində keçirilən silsilə tədbirlərdən söz açdılar. Sonda “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihədə fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olundular.

Ətraflı

Şəhidlər unudulmur...Şəhidlər unudulmur.....311ailəsinin 8b sinif şagirdləri ilə Aprel döyüşlərində şəhid olmuş Mirzə Novtuzovun 2ci şəhidlər xiyabanında məzarını və sonra ailə üzlərini ziyarət etdik.Allah bütün şəhidlərimizə rəhmət etsin.Təşkilatçılığa görə sinif rəhbəri Aynur müəlliməyə,valideynlərə və ağıllı balalarımıza minnətdaram.

Ətraflı

"Sehirli musiqi aləmi"adlı konsert proqramı."Sehirli musiqi aləmi"adlı konsert proqramı....Səbinə müəllimə bu gün yaşatdığın sehirli mənəvi istirahətə görə təşəkkürlər...Xahiş edirəm axıra qədər izləyin vidiyoları,görün necə istedadlı balaları var 311ailəsinin,müəllim özünün də müşayət etdi rəqslə.....

Ətraflı

Şəhidlər Unudulmur!Fəaliyyət planının 1.3.22ci bəndi "Torpaq and yerimizdir"-Aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması.....Milli qəhrəman Samid İmanovun bu gün 38 yaşı olacaqdı....Dünən 311 ailəsi Neftçala şəhərində şəhidin oxuduğu ,adını daşıdığı məktəbdə ,ailəsində olduq.Valideyinləri ilə ,döyüş və tələbə yoldaşları ilə birlikdə məzarını ziyarət etdik.Səmimi münasibərə görə məktəb rəhbərliyinə ,ailə üzvlərinə,bizi qarşılayan həmkarlarımıza,6c sinfinə,sinif rəhbəri Əntiqə müəlliməyə minnətdaram.ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN,QƏBİRLƏRİ NURLA DOLSUN.RAHAT YAT,VƏTƏN OĞLU,SİZ HEÇ VAXT UNUDULMAYACAQSIZ!!!Buna bizim haqqımız çatmaz.

Ətraflı

MƏKTƏBİMİZİN 2F SİNFİ TEXNOLOGİYA DƏRSİNDƏ.Məktəbimizin 2f sinfi...Texnologiya dərsi,Ellada müəllimə ,əhsən....

Ətraflı

Məktəbimizin istedadlı şagirdlərindən biri.Məktəbimizin 4d sinif şagirdi Məhəmməd dərslərindən əlaçı olmasa da xüsusi istedadı ilə hamıdan fərqlənir...."Qarabağ"şikəstəsini inşallah elə Qarabağda səsləndirmən arzusuyla səsin ucalardan gəlsin.

Ətraflı

KİÇİK AKADEMİYANIN İLK REGİONAL İCLASI2019/2020-ci tədris ili ilə əlaqədar Kiçik Akademiyanın ilk regional iclası keçirildi. İclasa Kiçik Akademiyanın Sabunçu rayonu üzrə rəhbəri Sərxan Şahverdiyev rəhbərlik edirdi. İclasda yeni tədris ilində qarşıda duran məsələlər haqqında danışıldı. Kiçik Akademiyanın prezidentlərinin fikirləri alındı, sualları cavablandırıldı.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhər, Sabunçu rayon 311 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyətə başlamışdır. Şagird sıxlığı ilə əlaqəli olaraq dərslər 2 növbəli rejimdə tədris olunur. Məktəbdə şagirdlərin tədrisi üçün akt zalı, idma...

BİZİM FƏXRLƏRİMİZ

Daşdəmirov Nəbi Tahir

Muradova Zinyət Süleyman

HAQQIMIZDA

Bakı şəhər, Sabunçu rayon 311 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyətə başlamışdır. Şagird sıxlığı ilə əlaqəli olaraq dərslər 2 növbəli rejimdə tədris olunur. Məktəbdə şagirdlərin tədrisi üçün akt zalı, idma...

BİZİM FƏXRLƏRİMİZ

Daşdəmirov Nəbi Tahir

Muradova Zinyət Süleyman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi