“31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİYİ GÜNÜ ”
30.12.2016 – cı il tarixində 311 nömrəli tam orta məktəbdə “31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ”- nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri məktəbin ingilis dili müəllimləri istedadlı şagirdlərlə birgə təşkil etmişdilər. Tədbir Azərbaycan Respublikasının himninin oxunması və bayrağımızın yüksəklərə qaldırılaraq dalğalandırılması ilə açıq elan edilmişdir. Tədbirdə Həmrəylik gününə həsr olunmuş video çarx nümayiş etdirilmişdir,musiqi və şeir parçaları səsləndirilmişdir.