Uzun gecə

18.01.2024-cü il tarixində  306 nömrəli məktəbin  kitabxana müdiri  K.İbrahimova  təşəbbüsü  ilə yazıçı  Fatimə İsayevanın  "Uzun Gecə"  hekayəsinin  oxusu  və mühazirəsi  keçirildi. Əsər xalqımızın  tarixinə  qanla  yazılmış  20 yanvar  hadisələrinə  həsr olunur.  Əsərdə həmin hadisələrin  canlı şahidi  olan ananın  övladına  hər il  həmin  hadisələri  gecələr danışaraq  20 yanvar  hadisələrini  xatırlatmasından  söhbət  açılır. Həmin  uşaq  böyüdükdən  sonra  hər il  şəhidləri  yad etmək üçün  Şəhidlər xiyabanına  gedir.  

 Bu tədbirin keçirilməsində  əsas məqsəd  tariximizin  şanlı  səhifəsini  mərd oğul və qızlarımızı  qəhrəmanlıq salnaməmizi tanıtmaqdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi