"Dəmir yumruq" inşa müsabiqəsi

Məktəblilərə tariximizi və tarixdə iz qoymuş parlaq şəxsiyyətləri tanıtmaq məqsədilə Azərbaycan dili və ədəbiyyatı müəllimləri  R.Rzayeva və B.Siyahlının təşkilatçılığı ilə 6-cı sinif şagirdləri arasında "Dəmir yumruq" mövzusunda inşa yazı müsabiqəsi təşkil edildi.  

Bu müsabiqəni keçirməkdə məqsəd  tariximizin şanlı səhifəsi olan  "Dəmir yumruq" əməliyyatı  , rəşadətli ordumuzun düşmənə qarşı apardığı mübarizə , eyni zamanda  Müzəffər Ali Baş Komandanın  siyasi və diplomatik sahədə apardığı mübarizə  və onun rəhbərliyi altında yumruq kimi birləşən  dünya azərbaycanlılarının həmrəyliyi və birliyi barədə gənc nəsli məlumatlandırmaq və onları  Vətənə məhəbbət  düşmənə nifrət ruhunda tərbiyə etmək idi. Ulu Öndər H.Əliyevin  laiqli davamçısı , siyasi və diplomatik arenada tanınmış şəxsiyyət olan  İlham Əliyevin pətənpərvərliyini , doğma xalqa bağlılığını yeniyetmələrə aşılayan bu müsabiqədə məqsəd həm də ata -babalardan miras qalamış , şəhidlərimizin və qazilərimizin qanı tökülmüş bu müqəddəs torpağı sevdirmək idi. Müsabiqədə 1-ci, 2-ci , 3-cü yeri tutan şagirdlər sertifikatlarla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi