Gənc idmançının yeni uğuru

İdman sağlam yaşayan insanların cəmiyyətidir. 306 nömrəli məktəbdə də idmana yüksək qiymət verilir, tez-tez yarışlar təşkil edilir,  müxtəlif oyunlar keçirilir. Bunun nəticəsidir ki, şagirdlərimiz arasında idmana maraq göstərənlərin sayı günü- gündən artır. 

Gürcüstanın Tibilisi şəhərində keçirilən BUDO  döyüş növləri üzrə  dünya kuboku uğrunda keçirilən  yarışda 306 nömrəli məktəbin 8-ci sinif şagirdi, Hap Ki Do komandasının üzvü  Adışlı Rəhim 55-60 kq çəki  dərəcəsində  mübarizə  apararaq  dünya kubokunu əldə edərək  1-ci yerə  sahib olmuşdur. Bütün məktəb kollektivi adından  gənc idmançımızı  və onun  məşqcisi  məktəbimizin idman müəllimi,,  dünya çempionu  Sübhan Hümbətovu  təbrik edir, onlara yeni zirvələr arzulayırıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi