Kahoot! yarışması

Müasir dövrümüzdə insan fəaliyyətinin hər bir sahəsinə daxil olan informasiya texnologiyaları müasir dərs prosesində də özünə geniş yer ayırır. İnformatika internetdən istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sahəsidir.  25.12.2023-cü il tarixində 306 nömrəli məktəbin informatika müəllimi E.İsmayılova məktəblilərin informatika üzrə biliklərini sınamaq məqsədilə  8-ci sinifdə təhsil alan şagirdlər arasında  "Kahoot!"  platforması üzərindən keçirilmiş intelektual yarışma keçirdi. 8-ci sinifləri təmsil edən "Printer", "Elektron poçt", "Prosessor", "Klavyatura" və "Monitor" qrupları arasında qızğın mübarizə getdi. Yarışmada iştirak edən məktəbin direktoru G.Ədilova yarışmanın sonunda şagirdlərə uğurlar dilədi  və qalib gələn komandaları təbrik edərək onlara sertifikatlar təqdim etdi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi