İfadəli qiraəti öyrənək

Gənc nəslin ədəbi təhsilində , tərbiyəsində  və inkişafında  böyük rolunu nəzərə alaraq , eyni zamanda  məktəb proqramlarında  şagirdlərin  emosional  mənəvi-estetik inkişafında müsbət təsir göstərən  ifadəli oxu bacarıqlarını  məktəblilərə aşılamaq məqsədilə  306 nömrəli məktəbin kitabxana müdiri  K.İbrahimova  və 1-4 -cü sinfin rəhbərləri  kiçik yaşlı məktəblilər  ilə oxu saatları təşkil etdilər. 

1-ci sinif şagirdləri  ilk növbədə məktəb kitabxanası  və maraqlı nağıl qəhrəmanları  ilə tanış oldular.  2-ci siniflər üçün dinləyib-anlama, 3-4-cü sinif şagirdlərində  oxuyub-anlama  bacarıqlarının  inkişafı üçün  maraqlı nağıllar  oxusu təşkil edildi. Məktəblilərə  aşağı siniflərdən xeyirxahlığı təbliğ etmək üçün "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir", mövzusunu özündə əks etdirən  "Meşə Kralı", "Sehirli torba" və digər nağıllar oxundu.  7-ci sinif şagirdləri üçün isə  S.S,axundovun  "Nurəddin" əsərinin  oxusu  və müzakirəsi  təşkil edildi. Eləcə də , məktəbliləri tanış etmək üçün  kitabxanaya  daxil olan yeni  kitabların da sərgisi  təşkil edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi