Heydər Əliyev və müstəqilliyimiz

Azərbaycanın Ümummilli Lideri, dünya şöhrətli siyasətçi H.Əliyevin həyat və fəaliyyətinin azərbaycançılıq məfkurəsinin   və  müstəqilliyimizdəki  danılmaz  xidmətlərinin  uşaq  və yeniyetmələr  arasında  geniş təbiliğ  edilməsi  məqsədilə  27.11.2023-cü il  tarixində  məktəbimizin  kitabxanasında  "H.Əliyev və Azərbaycanın  müstəqilliyi "  mövzusunda  "dəyirmi masa"   keçirildi.  Azərbaycan Respublikasının  Dövlət Himni  səsləndirildikdən sonra  Ulu Öndərin  müstəqillik haqqında  söylədiyi  kəlamlarını özündə əks etdirən  videoçarx nümayiş etdirildi.  Tarix müəllimi Qadir Fətullayev  Azərbaycanın keçdiyi  keşməkeşli müstəqillik  yolundan ,  xalqımızın mübarizliyindən,  Ulu Öndərin böyük çətinliklərə sinə gərərək  bu müstəqilliyimizi  qoruyub saxlamasından  və Ulu Öndərin siyasi kursunun davamçısı  İlham Əliyevin  dövlətçiliyimizin inkişafı  üçün səylə  çalışdığından , yüksək  idarəetmə  qabiliyyətindən  söz açdı.  Onun əmri ilə  Qarabağda  Vətən müharibəsinə  başlanılması  və bu savaşda  Azərbaycanın tam müstəqilliyə qovuşmasından  danışdı.  Sonra isə dəyirmi masada iştirak edən  7-9-cu sinif şagirdləri müstəqilliyimizin tarixi haqqında söhbət açdılar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi