"Şanlı bayrağım" müsabiqəsinin qalibləri

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə  6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində  Binəqədi məktəbliləri  arasında "Şanlı bayrağım" mövzusunda  bədii qiraət müsabiqəsi keçirildi.  Bu müsabiqədə 306 nömrəli məktəbin  9-cu sinif şagirdi Talıbov Talıb və 7-ci sinif şagirdi Səftərova Şəbnəm təmsil edərək qələbə ilə qayıtdılar. Talıbov Talıb 15-17 yaşlı məktəblilər arasında 1-ci yer, Səftərova Şəbnəm 11-14 yaşlı məktəblilər arasında 1-ci yerə laiq görüldülər. Məktəb kollektivi adından məktəblilərimizi bu yüksək mükafat münasibətilə ürəkdən təbrik edir,  onlara yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.  Yolunuz açıq, uğurlarınız bol olsun əziz şagirdlərimiz. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi