1-cilərin məktəb təliminə hazırlıq səviyyəsi

Cəmiyyətin gələcəyi olan uşaqların formalaşmasında, onların sonrakı inkişafında məktəb təliminə hazırlıq mühüm əhəmiyyət kəsb edir. Məktəb təliminə hazırlığın öyrənilməsində əsas məqsəd - şagirdlərin tələb və imkanlarını nəzərə almaqla onların inkişafı, tərbiyəsi, təhsil imkanlarının təşkil edilməsində hərtərəfli sağlam mühitin yaradılmasıdır. Bununla bağlı məktəb psixoloqları 1-ci siniflərin hər birində məktəb kamilliyinin oriyentasiyalı testi olan - Kern-Yerasek metodikasını tətbiq etdilər. Bu metodika I sinfə qəbul olan şagirdlərin məktəb üçün lazım olan funksiyalarını, test tapşırıqlarının nə dərəcədə həll edilməsini, şagirdlərin iradə və motivasiyasının hansı səviyyədə olduğunu aşkarlayır. Test əsasında zəif nəticə göstərən şagirdlər müəyyən olunmuşdur və sinif müəllimlərinə məlumat verilmişdir. Həmin şagirdlərlə fərdi və ya qrup şəklində inkişafetdirici işlər aparılacaqdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi