Məktəbəhazırlıq siniflərində ilk dərs

Bu gün 02.10.2023-cü il tarixində dövlət ümumtəhsil məktəblərində  yaradılan  məktəbəhazırlıq  qruplarında dərslərin təşkilinə start verildi. 

 Bununla əlaqədar olaraq  306 nömrəli  tam orta məktəbin həyətində də bir canlanma var idi. İlk dəfə məktəb həyatına qədəm qoyan  şagirdlər  arasında həvəslə parta arxasına keçən , müəllimlərlə tez bir zamanda  ünsiyyət yaradan  şagirdlərlə yanaşı  ağlayaraq  analarının əllərini buraxmayan  körpələr də var idi.  Bu cür uşaqlarla məktəb pisixoloqu  psixoloji söhbət apararaq sakitləşdirir, onları məktəbə adaptasiya  etməyə çalışırdı və çox hallarda buna nail olurdu. 

Mıktəb kollektivi adından  bu körpələrə  təhsil həyatında  uğurlar arzulayırıq. Yolunuz açıq olsun, əziz körpələrimiz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi