Narkomaniya ilə bağlı keçirmiş tədbir

 

       Sabunçu rayonu 305№li tam orta məktəbin rəhbərliyi bildirir ki,15.01.2019-cu il tarixində  Sabunçu  RPİ-nin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri ilə görüş təşkil olunaraq tədbir keçirilmişdir.Tədbirdə Sabunçu RPİ-nin YYÇPİTB-nin rəisi polis mayoru Əli Babayev,15-ci PB-nin  rəisi polis polkovnik-leytinantı İsmayıl Məmmədov və həmən bölmənin baş inspektoru polis mayoru  Daşqın Rəhimov iştirak etmişdir.Tədbir iştirakçıları narkomaniyanın  zərərli fəsadları,narkomaniyaya qarşı mübarizənin son durumu barədə şagirdlərə ətraflı məlumat vermişdilər.Eləcə də antinarkotik təbliğatı videoçarx nümayiş olunmuşdur.Sonda şagirdləri maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılmışdır.

      Ümumilikdə  tədbir 305№li tam orta məktəbin  pedaqoji heyəti və şagirdləri tərəfindən yüksək qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi