Sağlam həyat tərzi ilə bağlı maarifləndirici və sosial səhnəciklər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin №3-29-59/3-2-107F/2025 əmrinə əsasən 305 nömrəli tam orta məktəb tərəfindən "Sağlam nəsil- parlaq gələcək" layihəsinin keçirilməsi barədə tədbirlər planı hazırlanmışdır. Bu tədbirlər planına əsasən müəllim və şagirdlər tərəfindən idmanın müxtəlif növləri, zərərli vərdişlərlə mübarizə , həmçinin sağlam həyat tərzi ilə bağlı maarifləndirici və sosial səhnəciklər, layihələr təşkil edilmişdir.