1b sinifində Əlifba bayramı

     “Əlifba bayramı” hər bir uşağın həyatında əlamətdar bir hadisədir.  Birincilər   bu gün həyatda ən vacib addımlardan birini atdılar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar.

Bu bayramın keçirilməsi məktəbimizdə mühüm bir hadisədir. “Əlifba bayramı”nın qeyd edilməsi məktəbimizdə gözəl bir ənənəyə çevrilib. Biz birincilərin birinci dəfə səhnədə tamaşaçılar qarşısında çıxışlarının şahidi olduq.

Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər. Valideynlərə övladlarının  böyük auditoriya qarşısında çıxışına  tamaşa etmək çox xoş idi.

Bayram çox təntənəli və maraqlı keçdi.  Uşaqlar oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdirdilər.  Axı həyatda oxumaqla yanaşı, öyrənməli çox şeylər var.

Tədbirdə məktəbimizdə təhsil alan bütün birincilər iştirak edirdilər.  Onlar müxtəlif mahnılar oxuyur, şeirlər söyləyir, rəqs edirdilər.

Tədbir akt  zalında keçirildi. Həmin gün valideynlər ən vacib işlərini təxirə salıb, övladlarına öz diqqət və məhəbbətlərini bildirmək üçün məktəbə gəlmişdilər.  Səhnənin gözəl bəzədilməsi, zalın bədii tərtibatı, kompyuter effektləri ciddi hazırlıq işlərinin aparılmasından xəbər verirdi.

Əziz dostlar, şəkillərə baxın. Siz burada gözəl və rəngarəng dekorasiya görəcəksiniz. Uşaqların geyindikləri paltarlar çox diqqətlə və həvəslə seçilmişdir.

Bir qədər keçəcək  gənc oxucular müstəqil olaraq elmin maraqlı və cəlbedici yollarında yeni sirlər açacaqlar.  Bu yolda onlara uğurlar arzulayırıq!


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi