Novruz bayramı şənliyi

          Elmi araşdırmalar Novruz bayramının tarixini çox əski çağlarla - Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. Novruz artıq bütün müsəlman aləminə aid bayramdır. Müsəlmanlar bu bayramı Həzrəti Əli ilə bağlayır və qəbul edir. Novruz türklərdə yaransa da sonrakı mərhələdə bütün Şərq xalqlarına yayılıb. XX əsrin 20-ci illərinə qədər Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Düzdür, Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, H. Z. Tağıyev, Ağamusa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. Nəhayət, 1925-ci ildə bu barədə xüsusi qərar qəbul edildi. Qərarda inqilabi bayramlarla yanaşı, 6 dini və milli bayramın da dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu. 1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə ümumiyyətlə qadağan edildi. Ancaq bu illərdə də, hətta İkinci dünya müharibəsi illərində də bütün mərhumiyyətlərə baxmayaraq Novruz bayramı qeyd edilirdi. 1967-ci ildə bu bayramın Bakıda “Bahar bayramı” adı altında qeyd olunmasına icazə verildi. Azərbaycanda Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür suodyel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir: Su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi. Su çərşənbəsinə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlifşənliklər keçirirlə Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.  Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyuxəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var. Qeyd edilən ikinci çərşənbə - xalq arasında "Üskü çərşənbə", "Addı çərşənbə" kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır.  Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.Novruz ərəfəsində sonuncu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi