22 fevral Avtomobil yol işçiləri günü

       Azərbaycan  Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə qeyd edilir. Avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa töhfə verməklə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun formalaşmasında da mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır.

2017-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “40 yol layihəsi” çərçivəsində 52 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb. Dövlət başçısı tərəfindən imzalanmış sərəncamlara uyğun olaraq, 14 respublika əhəmiyyətli (373.9 km), 42 yerli əhəmiyyətli - kəndlərarası (863.2 km), Bakı şəhərinin 10 qəsəbələrarası avtomobil yolu (98 km) layihələri, Şəkidə 1 körpünün bərpası və Zaqatala 1 piyada keçidinin tikintisi layihəsi üzrə ümumilikdə respublikanın 34 rayonunda 68 layihənin tikintisi və yenidənqurması işləri başa çatdırılıb.

Bu layihələrin həyata keçirilməsi, 2.1 milyon nəfər əhalinin yaşadığı 651 yaşayış məntəqəsini (Bakı şəhəri üzrə 28 yaşayış məntəqəsi) əhatə edərək rahat avtomobil yollarından istifadə edilməklə tədarük edilən kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində istənilən ünvana çatdırılmasına imkan yaradıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi